"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Rəhim Sadıxovla anlaşıb.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan milli komandasının da üzvü olan 25 yaşlı futbolçu daha əvvəl Rusiyanın "Solyaris"(Moskva), "Torpedo"(Moskva), ölkəmizin isə "Sumqayıt" klubunda çıxış edib.