İyunun 13-dən təlim-məşq toplanışına start verən "Zirə"nin hazırlıq planı bəlli olub.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyunun 23-dək məşqlərini Bakıda keçəcək. 1 gün sonra Türkiyəyə yola düşəcək "qartallar" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. "Zirə" bu müddət ərzində iki yoxlama oyunu keçirəcək.
Komanda iyulun 7-də Bakıya dönəcək. İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına son hazırlıq mərhələsi ölkədə olacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.