13:19 20.06.2022 1978

"Futbolçuların 95 faizi ilə vidalaşdıq" - Cavid Hüseynov

UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək “Cəbrayıl” yarışın ilkin mərhələsində, iyunun 24 və 26-sı Belarusun “Kolas” klubu ilə üz-üzə gələcək. 

Komandanın təsisçisi və baş məşqçisi Cavid Hüseynov Cəbrayıl təmsilçisinin son durumu ilə bağlı Fanat.Az-a müsahibə verib: 

- Cavid bəy, artıq 4 gündən sonra UEFA Region Kubokunda oyunlarınız başlayır. Hazırlıq necə gedir? 

- Hazırlığımız lazım olan səviyyədə gedir. Ayın 15-dən Şamaxı Olimpiya Kompleksində yığışmışıq. Region Liqasının qalibi olan futbolçuların 95 faizi ilə vidalaşdıq. Bu da təsadüfi deyil. UEFA-nın Region Kubokunda oynamaq üçün bəzi tələbləri var. Reqlamentə görə bu turnirdə komandalarda peşəkar futbolla bağlı olan oyunçular çıxış edə bilməz. Bizim komandada isə keçmişdə adları peşəkar liqada olan, əsas heyətə düşməsə belə, həmin turnirlərdə çıxış edən oyunçular var idi. Məcburiyyətdən həmin futbolçularla vidalaşmalı olduq. Bu UEFA-nın qoyduğu qaydalardır. Onlara fərq etmir, 5 il və ya 10 il keçib. Qayda qaydadır, biz isə riayət etməliyik. 

- Heyətin 95 faizinin gedişi ciddi itkidir. Onların komandadan ayrılması irəlidəki oyunlarda komandaya necə təsir edəcək? 

- Onların yerinə heyətimizi digər futbolçularla gücləndirmişik. Məsələn, Lənkərandan bəzi oyunçuları cəlb etmişik. Ümumiyyətlə, Region Liqasının bir sıra klublarının futbolçularını heyətə qatmışıq. Əvvəlcə 23 nəfər cəlb etmişdik. Amma sonradan məlum oldu ki, heyətdə ümumilikdə 18 oyunçu olmalıdır. Qeyd edim ki, bu barədə də bizə UEFA xəbər göndərmişdi. Yenidən məcbur olub 5 futbolçu ilə yolları ayırdıq. 

- Bu kubokda çıxış edən bütün klublarda oxşar hadisələr baş verib? 

- Onu deyə bilmərəm. Bilirsiniz nə baxımdan? Məntiqlə düşünsək, Region Kubokunda çıxış edəcək elə ölkələr var ki, onlarda 3-cü liqa mövcuddur. Bizə rəqib olan klublar ölkələrində 3-liqada hansı heyətlə oynayıbsa, elə həmin futbolçularla da davam edəcəklər. Bizdə isə 3-cü divizion olmadığı üçün Region Liqası mövcuddur. Odur ki, bu barədə dəqiq bir şey deyə bilməyəcəm. 

- Bəs qurduğunuz yeni heyətin futbolçuları necə təsir bağışlayır? Bu turnirə yanaşmaları necədir?

- Yeni cəlb etdiyimiz futbolçularla ilk gündən yanaşma barədə danışmışıq. Şükür, razıyam. Aydın məsələdir ki, Region Liqasında peşəkarlıq lazım olan səviyyədə deyildi. Onları tam olaraq peşəkar yanaşmaya öyrətməyə çalışırıq. Mən sizə əvvəlki müsahibələrimdə də demişdim ki, oyunçuları yüksək motivasiya ilə tam peşəkarlığa kökləyirəm. Bu, əsas məqsəddir. Baxmayaraq ki, Region Liqasının səviyyəsi aşağıdır, çalışırıq bunu futbolçulara hiss etdirməyək. Məşqlərimizi yüksək səviyyədə keçirirk ki, gücümüzü toparlayıb nəticə əldə edək. Futbola peşəkar yanaşma bizim qüvvəmizi 25-30 faiz artırır. 

- Yeni yaranan və dərhal Azərbaycan Region Liqasının çempionu olan komandanın bir nömrəli məqsədi yəqin ki, UEFA Region Kubokunu qazanmaqdır.

- Belə deyək... (gülür) Bəlkə də çox qabağa getdiniz... Əlbəttə ki, istəyimiz, məqsədimiz ona doğrudur. Bu, müzakirə olunmur. Amma kuboka gedən yol bir-iki oyun deyil. Əvvəlcə Belarusun "Kolas" klubu ilə qarşılaşmalıyıq. Daha sonra isə Qazaxıstan, Gürcüstan və Estoniyadan olan mümkün rəqiblərlə mübarizə aparacağıq. Hazırki məqsədimiz ilk rəqiblə - Belarus komandası ilə yaxşı oyun keçirib bu səddi keçməkdir. Kuboka sahib olmaq üçün mərhələli şəkildə uğurlu matçlar keçirmək, qələbələr qazanmaq lazımdır. 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X