14:21 21.06.2022 529

"Seleksiyada tanınmış futbolçulara ehtiyac yoxdur" - Ayxan Abbasov

"Turan Tovuz" klubu Premyer Liqanın hazırlıqlarına start verib. Komanda yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında "Türk Hava Yolları Futbol Mərkəzi”ndə 5 günlük seleksiya xarakterli toplanışı davam etdirir. Hazırda Tovuz şəhər stadionunun ot örtüyü yeniləndiyindən qərb təmsilçisi hazırlığın ilk iki mərhələsini Bakıda keçirəcək. 

Abbasov komandasının hazırki durumu və gələcək planları ilə bağlı Fanat.Az-a danışıb:

"İlk toplanışımızdır. Ötən mövsüm I Divizionda "Turan"ın heyətində çıxış edən bir neçə gənc futbolçunun nəyə qadir olduğunu görmək istəyirik. Baxışdan keçməyə gələn oyunçular var ki, onların fəliyyətini dəyərləndiririk. Komandanı hazır vəziyyətə gətirmək üçün bəlli bir proqram üzrə hərəkət edəcəyik. Ümumilikidə hazırlığımız normal şəkildə davam edir".

40 yaşlı mütəxəssis Ehtiram Şahverdiyev, Amil Yunanov, Əfran İsmayılov kimi tanınmış futbolçuların "Turan Tovuz"a mümkün keçidi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: 

"Xeyr. Adları çəkilən futbolçularla əlaqə qurmamışıq. Bəlli məsələdir ki, Azərbaycanın tanınmış futbolçularını seleksiya məşqlərinə dəvət etməyə ehtiyac yoxdur. Hazırda işimizi əsasən gənc futbolçular üzərində qururuq. Elə oyunçular var ki, zədə və ya digər səbəblərdən uzun müddət oynamamışdı. Onların şanslarını dəyərləndiririk. Əfran İsmayılova gəlincə deyim ki, o, mənim ən bəyəndiyim futbolçulardandır. Əfranı yaxşı tanıyıram, böyük karyerası var. Müsahibələrindən birində də bildirmişdi ki, yaşı ilə əlaqədar regionlarımızda oynamaq çətin olacaq. Mən onu başa düşürəm. Yəqin ki, gələcəkdə futbol funksioneri kimi Azərbaycan futboluna daha yaxşı tövhə verə bilər. Paytaxt klubu olsaydı, bəlkə də Əfranın təcrübəsindən yararlanmaq olardı". 

Abbasov qarşıdakı yoxlama oyunları barədə sualı da cavablandırıb: 

"Yoxlama oyunlarımız sözsüz ki, olacaq. Bu yöndə işlərimiz gedir. İrəlidə iki həftə hazırlığımız var. Daha sonra yoxlama oyunlarına başlayacağıq. Amma bu gün üçün rəqiblərimizin kimliyi bəlli deyil". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
17:25

Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

17:06

Lyakazettin zinət əşyalarını və pullarını oğurladılar

16:48

Azərbaycan - Macarıstan oyununun biletləri satışda

16:30

Ronaldunun oğlu millidə ilk qolunu vurdu, atasının tərzində qeyd etdi - VİDEO

16:12

"Şamaxı"nı 5 legioner tərk edir - ADLAR

15:53

Azərbaycan millisi dünya çempionatının son hazırlığına başlayır

15:35

Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

15:17

Xabi Alonso bu futbolçunu "Real"a gətirməklə özü məşğuldur

14:58

"30 faiz bizim vəziyyətimizə düşən komandalar tam şəkildə çöküblər" - Mikel Arteta

14:40

"Fulhem" "Mançester Siti", "Arsenal" və "Liverpul"dan daha artığını bacardı - REKORD

14:21

"Ayaks"ın italiyalı baş məşqçisi klubdan ayrıldığını bəyan etdi

14:02

"Neftçi" 10 futbolçusunu göndərməyə qərar verdi - ADLAR

13:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X