“Yeni futbolçuların transferi ilə bağlı uzun müddətdir danışıqlar gedir".
Fanat.Az xəbər verir ki, bunu yeni baş məşqçi Laurentsiu Regekampfın təqdimat mərasimində “Neftçi”nin idman direktoru Zaur Əzizov deyib.
Klub rəsmisi yeni transferlər olacağını söyləyib: “Baş məşqçi ilə bir neçə gündür transfer mövzusunda müzakirə aparırıq. Bəzi oyunçularla artıq ilkin razılaşmalar var. Yeni oyunçuların uğurlu olması üçün əlimizdən gələni edirik. İnanırıq ki, onlar komandamıza kifayət qədər kömək edəcəklər.
Müqaviləsi başa çatan futbolçularla bağlı müzakirələrə başlamışıq. Braziliyalı hücumçularımız Tiaqo Bezerra və Ramon Maçado barədə yaxın saatlarda rəsmi məlumat veriləcək.
Bundan başqa, Azər Əliyevin yerli statusunda oynaması qısa müddətdə həllini tapacaq".
Qeyd edək ki, "Neftçi" Laurentsiu Regekampfla 2 illik müqavilə imzalayıb.
Emin