Azərbaycan klubları mövsümlərarası transfer fasiləsində xarici bazardan hələ ki, cəmi 4 oyunçu alıb.
"Qarabağ" , İsrailin “Hapoel Təl-Əviv” komandasından Marko Yankoviçi gətiribsə, "Səbail" üç belə futbolçu ilə güclənib. Vaxtilə "dənizçilər"lə avrokuboklara vəsiqə qazanan heyətdə olan Emil Martinovun sonuncu klubu Bolqarıstanın MOİK klubu, Zakra Qobada "Etnikos" (Kipr), Luvaqa Kizitoda isə "Hapoel" (İsrail) olub. Bu mənada cığıraçan rolunu "Səbail" oynayıb. Belə ki, yay fasiləsində Azərbaycana gələn ilk futbolçu məhz Martinov olub.
Fanat.Az "Səbail"in legionerlərinin menecerlərini müəyyənləşdirib.
Emil Martinovun agenti Erkin İbrahimovdur.
Paytaxt klubunun yeni transferləri Zakra Qoba və Luvaqa Kizitonu isə Azərbaycana Ceyhun Sultanov gətirib.
Qeyd edək ki, "Səbail" hər üç futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Mirağa