“Sumqayıt”ın əsas komandasının məşqçilər korpusunda yeni təyinat baş tutub.
Fanat.Az xəbər verir ki, Rail Məlikov köməkçi məşqçi vəzifəsində çalışacaq.
Belə ki, 2016-2020-ci illərdə komandamızın uğurları üçün çalışmış Məlikov Baqanın köməkçisi təyin olunub.
Qeyd edək ki, "Sumqayıt"da keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Bakı”, “Neftçi”, “Denizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının da uğurları üçün çalışıb. Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə I Divizionun gümüş medallarına yiyələnib.