Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" ilk transferlərini gerçəkləşdirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.
Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu "Şamaxı" olub.