"Neftçi"də yeni təyinat baş tuta bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tanınmış türkiyəli məşqçi Halim Fıçıcı paytaxt klubuna keçməyə yaxındır.
"Qəbələ” Futbol Akademiyasının sabiq baş məşqçisi "Neftçi" Futbol Akademiyasında çalışa bilər. Uzun illər "Qalatasaray"ın uşaq futbolunda işləyib türk futboluna Arda Turan, Semih Kaya, Əmrə Çolak kimi ulduz oyuncuları qazandıran Fıçıcının bugünlərdə Bakıya gəlib "Neftçi" rəsmiləri ilə görüşdüyü bildirilir.
Xəbəri dəqiqləşdirmək üçün Halim Fıçıcı ilə əlaqə saxladıq. Türkiyəli mütəxəssis Azərbaycana gəldiyini gizlətmədi: "Neftçi" ilə anlaşmağımla bağlı xəbər doğru deyil. Düzdür, bugünlərdə Azərbaycandaydım. Sadəcə, köhnə dostlarımı ziyarətə gəlmişdim. "Neftçi"dən mənə iş təklifi olmadı".
Mirağa