2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, ötən mövsümü “Ankara Keçiörengücü” klubunda keçirmiş yarımmüdafiəçi Vüsal İsgəndərli ilə 2 illik müqavilə imzalanıb.
Məlumatı Sumqayıt təmsilçisinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Vüsal İsgəndərli “Rəvan”, “Simurq”, “Zirə”, “Şamaxı”da oynayıb. O, milli komandamızda 3 oyun keçirib.