AFFA Hakimlər Komitəsinin yeni rəhbəri azərbaycanlı mütəxəssis olmayacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, assosiasiya artıq işbirliyinə son verdiyi avstriyalı Frits Ştuxlikin yerinə yenə əcnəbi dəvət edəcək.
AFFA rəhbərliyinin yenidən ölkə xaricinə boylanması səbəbsiz deyil. Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında VAR tətbiq olunacaq ki, Ştuxlikin başa çatdıra bilmədiyi sistemi əcnəbi mütəxəssis davam etdirəcək.
Yeni komitə sədrinin İtaliya və ya Türkiyədən olacağı gözlənilir. AFFA-nın ilk növbədə qardaş ölkənin nümayəndəsinə üstünlük verdiyi bildirilir. Yeni komitə sədri Barış Şimşek və Burçin Keskindən biri ola bilər. Qeyd edək ki, bu ilin sonunda azərbaycanlı hakimlərə VAR təlimini məhz bu iki mütəxəssis keçib.
Mirağa