"Turan Tovuz" son iki gündə yeddinci transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi son iki mövsümü icarə əsasında "Şamaxı"da keçirən "Neftçi"nin futbolçusu Turan Vəlizadəni rənglərinə bağlayıb.
22 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında Tovuz klubunda keçirəcək.
Qeyd edək ki, Turan Vəlizadənin "Turan Tovuz"a keçəcəyi ilə bağlı ilk xəbəri bir ay əvvəl Fanat.Az xəbər vermişdi.