"Neftçi"də ayrılıq baş verib.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" hücumçu Tiaqo Bezerra ilə başa çatan müqaviləni yeniləməyib.
Klub braziliyalı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "ağ-qaralar"a 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra 25 oyunda 10 qol vurub. 35 yaşlı forvard "Neftçi"nin ən məhsuldar futbolçusu olub.
Paytaxt təmsilçisi həmçinin, Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə - 2023/2024 mövsümünün sonunadək artırdığını açıqlayıb.
Bununla belə, hər iki yarımmüdafiəçi növbəti mövsümünün sonunadək “Turan Tovuz”a icarəyə verilib.
2021-ci ilin yayında transfer olunmuş Nəcəfov 26 oyunda forma geyinib. Son iki mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Vəlizadə isə 2018 - 2020-ci illərdə ərzində “Neftçi”nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.