15:44 01.07.2022 509

"Bəzi səbəblər var idi, qalmaq istəmədim" - Şəhriyar Əliyev

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" klubu yay transfer pəncərəsi dönəmində icarəyə götürdüyü oyunçular da daxil olmaqla heyətinə artıq 10 futbolçu qatıb. 

Onlardan biri də Şəhriyar Əliyevdir. Qərb təmsilçisi "Şamaxı" klubunun sabiq müdafiəçisi ilə 1 illik müqavilə imzalayıb.

29 yaşlı futbolçu Fanat.Az-a müsahibəsində "Turan Tovuz"dan başqa komandalardan aldığını təkliflərdən danışıb və yeni klubuyla bağlı təəsüratlarını bölüşüb.

- "Turan Tovuz"a keçidin necə alındı? 

- Bir neçə təklif var idi. Baş məşqçi ilə danışandan sonra nəyin necə olduğunu bilirsan. Ayxan Abbasovla danışıq apardıq və təklifi qəbul etdim. Həqiqətən də komanda qurmaq istədiyini anladım. Gənc, enerjili və iddialı çalışdırıcıdır. Bundan əlavə, futbolçu üçün can yandırır. Həm də bölgə komandasıdır. Mən region klubunda oynamışam. Tovuzda futbola olan marağın, dəstəyin və sevginin nə dərəcədə olduğunu bilirəm. Adicə müqavilə imzalayanda tovuzlu azarkeşlərin dəstəyini hiss edirsən. "Turan Tovuz"da oyuna çıxmaq üçün səbirsizlənirəm.

- "Şamaxı" ilə müqavilənin müddətini uzatmaq variantı var idi?

- Bəli. "Şamaxı" ilə müqavilə yeniləyə bilərdim. Sadəcə, uyğun olanı seçdim. Rəhbərliklə halallaşıb vidalaşdıq. Bəzi səbəblər var idi, ona görə də qalmaq istəmədim.

- Artıq "Turan Tovuz"da məşqlərə başlamısan. Təəssüratların necədir?

- Beş gündür məşq edirik. Düzdür, Tovuzdakı stadionda təmir işləri getdiyindən hələlik Bakıdayıq. Məşqlərimiz Ayxan Abbasovun tədbiq etdiyi bəlli proqram üzrə gedir. Şükürlər olsun ki, hər şey qaydasında və yüksək səviyyədə davam edir. Çalışdırıcımız yaxşı kollektiv formalaşdırıb. Legioner futbolçuların gəlişini də gözləyirik. Hər şey necə lazımdırsa, o şəkildə davam edir. Ayxan Abbasov istirahətdən gələn futbolçularla uyğun şəkildə dil tapır. Onlara xüsusi proqram tədbiq olunur. Bütün komanda üzvləri yüksək motivasiya ilə məşq edir. Düşünürəm ki, Premyer Liqanın yeni mövsümünə yaxşı komanda şəklində qədəm qoyacağıq. 

- 9 ildən sonra Premyer Liqaya qayıdan komandanın iddiası nə olacaq? Qarşınıza nə məqsəd qoyulub?

- Qarşımıza ölkə çempionu olmaq  və ya kimi avrokuboklarda çıxış etmək kimi məqsədlər qoyulmayıb. Əlbəttə, APL-də çıxış edən istənilən klubun amalı birinci olmaqdır. Amma çempionata 9 ildən sonra qədəm qoyan komandanın qarşısına belə tələb qoyulmayıb. Hələlik Premyer Liqada komanda şəklində düzgün formalaşmalı və hamı ilə mübarizə apara biləcək bir kollektiv olmalıyıq. 

- Digər klublarda xarici futbolçularla çiyin-çiyinə oynamısan. Bu gün "Turan Tovuz"un büdcəsini nəzərə alsaq, heyətə legionerlərin cəlb olunmasını necə qiymətləndirirsən? 

- Buna daha dəqiq baş məşqçi qərar verəcək. Mənim fikrimə gəlincə, deyim ki, istənilən klubda legionerin olması hər zaman arzuolunandır. Xaricdən gələn futbolçuların təcrübəsindən həm gənc, həm də yerli futbolçular yararlana bilər. Düşünürəm ki, bu yalnız komandanın xeyrinə olacaq.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

Facebookdan bizi izləməyi unutmayın.
X