15:25 03.07.2022 597

\"Qarabağ\"ın satışa çıxarılan səhmlərinin real dəyəri nə qədərdir? - AÇIQLAMA

İyunun 29-da “Qarabağ” futbol klubunun səhmləri satışa çıxarılıb. Söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir.

Təsisçi payını cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib. Qeyd olunan paylar hal-hazırda açıq satışa çıxarılmaqla, 300 min manat qiymətinə təklif olunur.

Maraqlıdır, Adil Nadirovun "Qarabağ"da təsisçi payı neçə faiz olub? Beş min manatdan da az olan təsisçi payının 300 minə təklif olunması realdırmı? 

Fanat.Az məsələylə bağlı "Qarabağ" tərəfinin münasibətini öyrənib. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu barədə belə deyib:

"Əvvəla, Adil müəllimə Allahdan rəhmət diləyirəm. "Qarabağ"ın ayaqda qalması üçün əziyyəti çox olub. Klubumuzun bu yerlərə gəlməsində şübhəsiz ki, Adil bəyin də çox böyük payı var. Ən çətin vəziyyətində "Qarabağ"ı sahiblənib. “Qarabağ”ın səhmlərinin satışa çıxarılması müzakirə olunur. Təəssüf ki, heç kim Sənan bəyə düşən payın neçə faiz olduğunu soruşmur. Heç kim də məhz bu məsələni müzakirə etmir. Sizə təşəkkür edirəm ki, bu məsələni gündəmə gətirirsiz. Nəzərinizə çatdırım ki, Adil bəyin səhmləri iki qardaş arasında bölünüb. Adil bəyin səhmi isə 0,01 faiz idi. Bu hissə də iki yerə bölünüb. Yəni, Sənan bəyin payı burda 0.005-di. İndi siz özünüz təsəvvür edin ki, bu səhmlərin real dəyəri nə qədərdi? Bəli, bildiyim qədəri ilə bizə də səhmlərin alınması təklif olunub. Amma real qiymət məsələsi var. Gəlin, etiraf edək ki, bu gün "Qarabağ" Futbol Klubu "Azərsun Holdinq"in hesabına ayaqda qalır. Düzdür, klubumuz avrokuboklarda iştirak edir, burda gəlir əldə edir. Amma bu, mənfəət deyil. Yəni qazanc əldə etməyən klubun səhmlərinin Sənan bəyə dediyi qiymətə olması heç də real deyil. Sənan bəyə uğurlar arzu edirəm. Amma reallığı da nəzərə almaq lazımdır. Adil müəllim “Qarabağ”ı sevən biri olub. "Azersun" rəhbərliyi komandaya başçılıq etməyə başlayanda onun heç bir istəyi olmayıb. “Təki, komanda yaxşı olsun, “Qarabağ” üçün uğurlu olsun” deyə düşünüb. Onun üçün sevdiyi “Qarabağ”ın uğurlu olması hər şeydən üstün idi…"

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X