"Neftçi" növbəti transferini reallaşdırmağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi Gürcüstan millisinin 30 yaşlı üzvü Solomon Kverkveliya ilə müqavilə bağlamaq üzrədir.
Futbolçu artıq Bakıdadır və tibbi baxışdan uğurla keçib. Tərəflərin yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.
Daha öncə Rusiyanın "Rubin", "Lokomotiv" (Moskva), "Rotor" klublarında çıxış etmiş Kverkveliyanın son iş yeri Tbilisi "Qaqra"sı olub.
Emin