16:59 04.07.2022 720

"Stadionda boş yer olmayacaq" - "Lex"lə oyunun şərhçisi

"Qarabağ" UEFA Çempionlar Liqasında yeni mövsümün startına hazırlaşır.

Fanat.Az xəbər verir ki, ölkəmizi qitənin birinci dərəcəli klub turnirində təmsil edəcək Ağdam klubu sabah Polşada "Lex"lə üz-üzə gələcək.

Poznan şəhərində oynanılacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Görüş Azərbaycanda "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Matçın şərhçisi Şəmsəddin Abbasov saytımıza açıqlamasında Poznanda hökm sürən ab-havadan bəhs edib: 

"Polşada oyuna diqqət çox böyükdür. Bu il "Lex"in 100 illiyidir. Deyilənə görə, stadionda boş yer olmayacaq. Çox ciddi hazırlaşırlar. Düzdür, "Qarabağ"dan çəkinirlər. Xatırlayırlar ki, Qurban Qurbanovun komandası "Visla", "Piast" və "Legiya" kimi Polşa təmsilçilərini avrokuboklarda mübarizədən kənarlaşdırıb. Digər tərəfdən, "Lex"in Azərbaycan klubları ilə statistikasını yada salırlar ki, bizimkiləri adətən üstələyiblər. İnamlarını itirməsələr də, "Qarabağ"ı favorit göstərirlər. Ancaq öz komandalarının şanslarını da yüksək dəyərləndirirlər. Xüsusilə ilk oyunun Poznanda keçirilməsini üstünlük sayırlar. "Lex" azarkeşləri çılğınlıqları ilə seçilirlər. Onu da deyim ki, komandanın 12 nömrəli forması sırf azarkeşlərə həsr olunub və əbədiləşdirib.  

Biletlərin xeyli hissəsi satılıb. Onu da deyim ki, yalnız VİP və birinci dərəcəli biletləri stadiondakı kassalardan əldə etmək mümkündür, qalanı onlayn şəkildə satılır. Bizim azarkeşlər də stadiona giriş iznini onlayn formada əldə edə bilər. "Qarabağ"ın rəsmi saytında, o cümlədən sosial şəbəkə hesablarında həmin ünvan göstərilib.  

"Qarabağ"dakı ab-havaya gəlincə, komanda ötən gün Poznana gəldi. Düzdür, reysdə yubanma olmuşdu. Amma bu, ümumi atmosferə təsir etməyib. Komandamızda özünəinam hiss olunur. Sağlam iş ab-havası var. Hər hansı zədəli yoxdur. Komanda Avstriya toplanışından tam heyətlə bura gəlib. Yəni hər bir futbolçu Qurban Qurbanovun ixtiyarında olacaq". 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X