Son mövsümü icarə əsasında "Şamaxı"da keçirən Fəhmin Muradbəyli yenidən müqavilə ilə məxsus olduğu "Neftçi"yə dönsə də, taleyi qeyri-müəyyəndir.
Fanat.Az-ın əldə etdiyi xəbərə görə, "ağ-qaralar"ın Boludakı təlim-məşq toplanışına aparmadığı yarımmüdafiəçi Bakıda qalıb özünə klub axtarır.
Komandanın yeni baş məşqçisi Laurentsiu Regekampf onu sərəncamında görmək istəmədiyini bildirdikdən sonra klub rəhbərliyi futbolçuya özünə yeni iş yeri tapmağı məsləhət görüb. Muradbəyli hansısa klubla anlaşdıqdan sonra "Neftçi" ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam veriləcək. Bir sözlə, "ağ-qaralar" ondan qurtulmağın yolunu axtarır. Çünki Fəhminin "Neftçi" ilə bir illik - 2023-cü ilin yayına qədər qüvvədə olan müqaviləsi var.
Qeyd edək ki, "Neftçi" son illər bir qayda olaraq Muradbəylini digər klublara icarəyə verib.
Mirağa