Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Rüstəm Əhmədzadə karyerasını Premyer Liqanın digər klubunda davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi xəbərə görə, 21 yaşlı forvard "Zirə"ylə anlaşıb.
2021-ci ilin dekabrında Ağdam klubuna keçən Rüstəmin artıq "Qarabağ"ın düşərgəsini tərk etdiyi bildirilir.
"Qartallar"ın onun keçidini bu gün elan edəcəyi gözlənilir.
Mirağa