Qazaxıstan "Turan" klubundan ayrılan millimizin qapıçısı Emil Balayevin yeni komandası bəlli olub.
Fanat.Az xəbər verir ki, 28 yaşlı qolkiper karyerasını "Səbail"də davam etdirəcək.
Məlumatı paytaxt təmilçisinin rəsmi saytı yayıb. Balayev ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, iyulun 4-də "Turan"dan ayrılan Balayev 2017-2018-ci illərdə də "Səbail"də oynayıb.