"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Sürix" iki futbolçusu ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, İsveçrə klubu bu gün Ante Koriç və Filip Fraynın komandaya lazım olmadığını açıqlayıb.
2021-ci ilin avqust ayında "Sürix"ə icarə əsasında gələn Xorvatiya millisinin 25 yaşlı üzvü Ante Koriç müqavilə ilə məxsus olduğu "Roma"ya qayıdıb. O, son mövsümdə 23 oyun keçirib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Filip Frayın isə başa çatan müqaviləsinin müddəti uzadılmayıb. 21 yaşlı müdafiəçi "Sürix"in öz yetirməsidir. Ancaq o, 2019/2020 mövsümünü "Ayaks"ın gənclər komandasında, son ili isə "Uil 1900"-də icarə əsasında keçirib.
Mirağa