Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" Türkiyə Super Liqa təmsilçisi "Qaziantep"lə üz-üzə gəlib.
Görüş heç-heçə başa çatıb - 0:0.
Bu arada, Super Liqa təmsilçisi oyunun əvvəlində yayım təşkil edib. Ancaq "Neftçi"nin müraciəti əsasında "Youtube" kanalından göstərilən görüşün yayımı dayandırılıb. "Neftçi" tərəfi bunu gələn həftə "Aris Limassol"la keçirəcəyi avrokubok oyunu ilə əlaqələndirib.
Qeyd edək ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib, növbəti görüşdə "Sivasspor"a uduzub - 0:1.
Qazianteplilər isə iyulun 5-də "Qəbələ" ilə də gücünü sınayıb və 2:1 hesabı ilə qalib gəlib.
14 iyul
Yoxlama oyunu
Neftçi - Qaziantep (Türkiyə) 0:0
"Neftçi"nin heyəti: 1. İvan Brkiç, 3. Mamamu Mbodj, 4. Solomon Kvirkveriya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusif Laval.
Türkiyə. Bolu