"Sumqayıt" Vüsal İsgəndərli, Stiven Pereira və Damian Daniçiçin ardınca növbəti futbolçunun keçidini realaşdırıb.
Fanat.Az xəbər verir ki, son olaraq Qazaxıstanın "Maktaaral" klubunda çıxış etmiş cinah yarımmüdafiəçisi Rifat Nurmuqametlə 1+1 illik müqavilə imzalanıb.
Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, "Kayrat"ın yetirməsi olan Rifat karyerası boyunca "Jetısu" və "Aktobe" klublarında da çıxış edib. 26 yaşlı futbolçu Qazaxıstanın U-21 millisinə də dəvət alıb.