Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” Qızılcahamamda sonuncu yoxlama oyununu keçirəcək.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “kimyaçılar” İranın son çempionu “İstiqlal”la üz-üzə gələcək. İyulun 28-də keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
“Sumqayıt” Türkiyədəki ilk sınaq matçında bu ölkənin klublarından “Bandırmaspor”la heç-heçə edib (2:2), “Samsunspor”a uduzub (0:2).