"Turan Tovuz" heyətini daha 2 futbolçu ilə gücləndirib.
Fanat.Az klubun mətbuat xidmətinə istimadən qəbər verir ki, qərb təmsilçisi Sadiq Quliyev və Nazim Həsənzadəni transfer edib.
Son olaraq Nepal təmsilçisi “Maçhindra”nın heyətində çıxış edən Quliyevlə 1 illik müqavilə bağlanıb.
Həsənzadə isə "Sabah"dan 1 mövsümlüyünə icarəyə götürülüb.
Qeyd edək ki, Sadiq Quliyev Azərbaycanda “Qəbələ” və “Zirə”nin də formasını geyinib.