14:31 03.08.2022 396

Böyükağa Hacıyevin gülə-gülə söz atdığı Çerçesov...

“Qarabağ” Azərbaycan futbolu adına çox vacib matç keçirəcək. Çempionlar Liqasının qrup yolunda Macarıstan “Ferentsvaroş”u qarşımıza çıxsa da, rəqibdən daha çox baş məşqçiləri Stanislav Çerçesov gündəmdədir.

Şimal qonşumuz olduğu üçün informasiya məkanı təsiri hiss olunmaqdadır. Rusiya-2018 dünya çempionatından sonra Çerçesov məşqçi kimi populyarlıq qazanıb. Yerində oturan deyil, zamanın nəbzini tutmağı bacarır.

Futbolçu-qapıçılığı dönəmində SSRİ çempionatında “Neftçi”yə qarşı oynayıb. Futbolumuzun incəliklərinə, fəlsəfəsinə yaxşı bələddir. Özü də bilir ki, “Qarabağ”a məğlubiyyəti Rusiyada Azərbaycanı istəməyən qüvvələr bağışlamayacaq. Düşmənlərimizin media resurslarına təsiri böyükdür.

Çerçesovla ilk tanışlığımız Avstriyada olub, “Neftçi” - “Beşiktaş” hazırlıq matçına baxmağa gəlmişdi. Ünsiyyətcil, özünü təqdim etməyi bacaran biridir. Bir-iki il sonra, bu dəfə Türkiyədə görüşdük. “Terek”in (“Axmat”) baş məşqçisi idi artıq...

Antalyada “Kadırov adına turnir”də bürünc medal uğrunda oyunda “Neftçi” qroznılalılarla qarşılaşdı. Çeçenistan rəhbərliyini təmsil edən vəzifəlilər də matça baxmağa gəlmişdilər. Çerçesov oyunu udacağından çox əmin idi.

Qapısında 3 cavabsız top görüb məğlub oldu.

Stanislav Çerçesovu son illər Rusiyanın Fatih Terimi də adlandırmaq olar. Çox emosionaldı və bu ruhu komandaya, futbolçulara da ötürə bilir. Məşqçi kimi ən güclü tərəfi psixoloji möhkəm olması, məğlubbiyyəti qəbul etməməsi, oyun intizamı ilə yanaşı futbolçuları hirsləndirməyi bacarmasıdır.

Belə məşqçilərə qarşı matçda yumşaq yanaşılmamalıdır. Yerli mentaliteti bildiyi üçün oyunöncəsi mətbuat konfransında ehtiyatlı davranıb, hətta “yastıq əməliyyatı” da adlandırmaq olar. Bilir ki, azərbaycanlıları qızışdırmaq olmaz. Çerçesovun başçılıq etdiyi komandalarda aqressiv oyun, mübarizə, dinamika üstünlük təşkil edir.

“Qarabağ” – “Ferentsvaroş” qarşılaşması iki baş məşqçinin meydanda taktiki, psixoloji dueli olacaq. Təmkinli Qurban Qurbanov, emosional Stanislav Çerçesov... 10 il öncə rəhmətlik Böyükağa Hacıyevin oyundan sonra gülə-gülə dediyi kimi: “Что, Стас, думал победишь нас”? (Elə bilirdin udacaqsan?).

“Qarabağ” artıq Avropada böyük təcrübəyə malikdir, futbolçular meydanda nə etdiyini bilirlər. Tribunalarda möhtəşəm azarkeş dəstəyi ilə yenidən Çerçesovun öz qapısında 3 top görməsi arzusu ilə... Bu dəfə “Ferentsvaroş”la birgə...

Uğurlar, "Qarabağ"!

Tahir Süleymanov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X