16:09 04.08.2022 1727

\"Ferentsvaroş\" keçiləsi rəqibdir\" - Aslan Kərimov

Ötən gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnib. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında dünənki oyun və cavab qarşılaşması barədə fikirlərini bölüşüb:

"Hesab edirəm ki, səfər oyunu dünənkindən daha çətin keçəcək. Ötən gün meydanda olan dəstəyi gördünüz. Bu futbolçularımıza yüksək motivasiya verirdi, onların irəli getməsi üçün oyunçuları həvəsləndirirdi. Eyni şey "Ferentsvaroş"un meydanında baş verəcək, amma bu dəfə dəstək alan tərəf rəqib olacaq. Üstünlük "Ferentsvaroş"un tərəfindədir. Cavab görüşünün çətin keçəcəyini deyəndə elə bunu nəzərdə tuturdum. Ancaq bu o demək deyil ki, "Ferentsvaroş" keçilməz bir səddir. Düşünürəm ki, cavab matçı təxminən eyni məcrada davam edəcək. 

İlk oyun onu göstərdi ki, rəqibin texniki heyəti bizim komandanı yaxşı analiz etmişdi. 4-3-3 taktiki sxemi ilə meydana çıxmışdılar və müdafiəçilərimizə hər 3 hücumçu ilə birdən təzyiq göstərirdilər. Bununla da "Qarabağ"ın oyunçularına ötürmə ilə oynamağa imkan vermirdilər. 

İkinci hissədə üstünlük tərəfimizdə olsa da, yüzdə-yüz qol imkanlarını reallaşdıra bilmədik. Qol epizodlarının sayına görə biz rəqibi üstələmişdik. Bakıdakı oyunun ikinci hissəsində rəqib bir qədər geriyə çəkildi. Bu da təbiidir - 1:1 hesabı onları qane edirdi. Səfərdə hər şey yenidən başlayacaq. İlk oyundan öncə müsahibəmdə demişdim ki, həm rəqibin, həm də bizim zəif yerimiz müdafiə olacaq. Rəqibin müdafiəsində olan problemlərdən istifadə edib təhlükə yaradırdıq, amma təəssüf ki, bunu qolla tamamlaya bilmirdik. Komandanın bəzi üzvlərinin işi qol imkanı yaratmaqdır, amma topu qapıdan keçirmək yalnız oyunçunun fərdi ustalıq səviyyəsinə qalır. 

Bəli, bəzi çatışmazlıqlar oldu, amma "Ferentvaroş" keçiləsi səddir. İbrahima Vadji gücünü toparlayıb, sürəti hesabına yaratdığı vəziyyətləri lazımınca qiymətləndirsə, qol olacaq. 

Hər şey onu göstərir ki, "Ferentsvaroş" orada açıq futbol nümayiş etdirməli olacaq. Bu isə bizə qol imkanlarının yaranmasına səbəb ola bilər. Riçard Almeyda və Kadinin yenidən sıralara qayıtması tabloda hesabın bizim xeyrimizə nəticələnməsində kömək göstərə bilər. Xüsusən də qeyd edim ki, Kadinin ayağı açılıb. ÇL-in təsnifat oyunlarında fərqlənməyə alışıb. Bir daha qeyd edim ki, onunla Ozobiçi müqayisə etmək istəmirəm. Hər birinin özünəməxsus keyfiyyətləri var. Məsələn, Ozobiçin ötürmələri daha itidir. Amma Kadinin uzaqdan, iti bucaq altından vurduğu təhlükəli zərbələr hazırki durumda bizə daha çox lazımdır. Onun qol duyumu Filipə nisbətən daha çoxdur. 

Maksim Medvedevin olmaması da üzücü haldır. Onun belində ağrılar var. Bəhlul Mustafazadə də dünənki oyunda pis görsənmədi. Eləcə də Bədavi Hüseynov. Amma istənilən halda, səfərdəki basqı altında keçiriləcək oyun təcrübə və daha inamlı oyun tələb edəcək. Bu keyfiyyətlər isə Bəhlul və Bədavidə, Maksim və Medinaya nisbətən daha azdır. Elə dünənki oyuna nəzər salsaq, məhz Maksimin yeri görsənirdi. Burada təcrübə və liderlik məsələləri var. Arxa xətt futbolçusunun kapitan funksiyasını  yerinə yetirməsi mütləqdir. Futbolçuları lazım gələndə sakitləşdirmək və ya onları irəlidə oynamağa səsləmək vacibdir. Arxa xətt belə bir liderlik keyfiyyətinə malik olan futbolçuya həvalə olunanda, digər mövqelərdəki oyunçular da öz işlərinə daha rahat şəkildə konsentrasiya olurlar. 

49 yaşlı mütəxəssis "Qarabağ" klubunun heyətində ilk rəsmi oyununa çıxan yeni transfer Julio Roman barədə də danışıb: 

"O, meydanda az vaxt keçirdi. Bu səbəbdən də haqqında konkret olaraq nəsə demək düzgün olmazdı. Futbolçunun fiziki göstəriciləri barədə demək istərdim ki, meydanın mərkəzində onun kimi oyunçu "Qarabağ"a kömək edəcək. Romanın uca boyu var ki, hava toplarında kluba üstünlük qazandıra bilər. Toplara müdaxilə etmək üçün uzun ayaqlara sahibdir. Belə futbolçulara "Qarabağ"da hər zaman ehtiyac duyulub. Patrik Andrade də elə idi, ondan qabaq Miçel də... Onlarda kreativlik və lazımi qədər aqressiya olur. Ümumilikdə topla rəftarına baxanda Roman kənardan "taxta" kimi görsənmirdi. Ona ümid bəsləyirəm. Düşünürəm ki, gələcək oyunlarda öz sözünü deyə biləcək". 

Emin Şəsmiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2025
00:58

Millətlər Liqası: 9 qol vuruldu, İspaniya finala yüksəldi

05 İyun 2025
23:40

"Liverpul" "Barselona"nın təklifini geri çevirdi

23:05

“Tour d’Azerbaidjan” yarışı bərpa olunur

22:39

Əliyar Ağayev növbəti təyinat alıb

22:24

Özbəkistan millisi dünya çempionatında oynamaq hüququ qazandı

22:14

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

21:51

Amerikalı yarımmüdafiəçi Madrid nəhəngi ilə anlaşdı - SON DURUM

21:20

MY-nin ulduzu karyerasını A Seriyasında davam etdirməyə yaxındır

20:55

"Şamaxı"da növbəti ayrılıq

20:17

"Çelsi" Mudrikin "10 nömrə"sini başqa futbolçuya verdi

19:48

Azərbaycan millilərinin Avropa Kubokundakı rəqibləri bilindi

19:15

Romalıların sabiq çalışdırıcısı Turin klubunda - RƏSMİ

18:46

"Yoxsa qalib gəlmək mümkün olmazdı" - PFL-in rəhbəri

18:19

"Real" "River Pleyt"in futbolçusunun transferini tamamladı

17:53

Atletika üzrə Yay Azərbaycan çempionatı keçiriləcək

17:35

MPK və AKF arasında əməkdaşlıq memorandumu imzalandı

17:18

"Yuventus" milli üzvü ilə müqavilə yenilədi - RƏSMİ

17:00

"Hazırda İspaniya, şübhəsiz, dünyanın ən yaxşı komandasıdır" - Didye Deşam

16:41

İspaniya nəhəngi 33 yaşlı braziliyalını transfer edə bilər

16:22

"Arsenal"ın futbolçusu İtaliya klubuna keçdi - RƏSMİ

16:04

Koul Palmer oyun nömrəsini dəyişdi

15:46

PSJ ukraynalı müdafiəçini bu qiymətə alır - SON DURUM

15:28

Azərbaycan Kuboku: PFL finalda "Araz-Naxçıvan"a qalib gəldi

15:10

İngiltərə nəhəngi niderlandlı oyunçu üçün "Milan"a bu qədər ödəyəcək - Razılıq əldə edildi

14:52

"Qarabağ"ın yay hazırlıq planı bilindi

14:34

40 yaşlı Vaqner Lavın yeni klubu açıqlandı - RƏSMİ

14:16

İngiltərə nəhəngi qanalı ulduz üçün 101 milyon avro ödəyə bilər

13:58

Azərbaycan millisi Latviyaya yollandı - FOTO

13:40

FİF son 3 ilin maliyyə hesabatını açıqladı

13:23

Məşhur braziliyalı İngiltərə klubundan getdi - RƏSMİ

13:04

Ayxan Abbasov "Mingəçevir"də parlayan futbolçunu yanına aparır

12:30

Portuqaliya bunu 25 il sonra bacardı - 40 yaşlı Ronaldunun sayəsində

12:13

"Neftçi" ilk transferini reallaşdırdı

11:54

Polşada Avropa Çempionatının püşkü atıldı - FOTO

11:37

Gümüş Avropa Liqası: Azərbaycan millisi İsveçə 12 nəfərlik heyətlə yollandı

11:20

Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrıldı

11:02

Nagelsman Portuqaliyaya məğlubiyyətin günahkarlarını göstərdi: "Son il yarımda..."

10:41

Zaur Tağızadəyə ağır itki üz verdi

10:23

Azərbaycan kubokunun qalibi müəyyənləşir

10:05

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X