"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" Moiz Adileu ilə anlaşıb.
Beninli müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Benin milli komandasının da üzvü olan 26 yaşlı futbolçu daha əvvəl Fransanın "Valensiyen", "Pau", "Vitre", Slovakyanın "Slovan"(Bratislava), Yunanıstanın "Kerkira", "Levadiakos", Türkiyənin "Boluspor" və Niderlandın NAC "Breda" klubunda da çıxış edib.