Xorvatiyanın "Dinamo Zaqreb" klubunun baş məşqçisi Ante Çaçiç əvvəlki zədəsini yeniləyən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumu barədə yerli mətbuata açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Gnkdinamo.hr" saytı 68 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb:
"Emreli müalicənin diaqnostika mərhələsini tamamlayıb. O, tam hazır olması üçün maksimum səy göstərir. Emrelini tezliklə meydanda görə bilərik".
Emin