"Zirə"nin baş məqçisi Rəşad Sadıqov səfərdə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis bildirib ki, azlıqda qaldıqdan sonra dəyişikliklər edib:
"Sərtan Taşkını cinaha atdıq və son dəqiqələrdə yorğunluğa baxmayaraq qələbə qolunu vurduq. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıdakı görüşlərə daha ciddi hazırlaşacağıq.
Məğlubiyyət ehtimalını ağlımdan da keçirirdim.
"Kəpəz"in yorulacağını düşünürdüm. Amma sonadək mübarizə apardılar. Hətta ikinci qolu da vurdular. Sadəcə, ofsayd oldu. Bu gün uduza da bilərdik. Futbolçular sağ olsunlar, qələbə qazandılar.
Transfer üçün büdcə ayrılıb, sadəcə, seçimlərlə bağlı yubanırıq. Avropa bazarında qiymətlər yüksəlib. İstədiyimiz oyunçuları almaq istəyirik. Alternativ planlarımız da var. Bir az da səbr edib gözləmək niyyətindəyik. Danışıqlarımız davam edir. Qarşıdakı günlərdə bununla bağlı rəhbərliklə görüşümüz olacaq. Ötənilki qiymətə futbolçu gətirə bilmədik.
Sadıqov Dmitrios Çantakiasın qırmızı vərəq aldıqdan sonra fiormanı yerə atmasına münasibət bildirib:
"Burada niyyət önəmlidir. O, VAR-ın nəticəsini gözləmək üçün paltardəyişmə otağına yox, meydanın kənarına gəldi".