Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, “Sabah”ın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan seçməmiz 4:1 hesablı qələbə qazanıb.
İbrahim Xəlilovun dubl etdiyi oyunda U-16-nın digər qollarını Ramin Əvəzov və Ziya Şəkəranov vurub.