"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"nu mübarizədən kənarlaşdırsa, pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.
Moldovada "Şerif"ini hər iki oyunda 2:1 hesabı ilə məğlub edən "Viktoriya" növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, "Ferentsvaroş" - "Qarabağ" matçında hazırda ikinci hissə keçirilir. Matç 1:0 hesabı ilə Azərbaycan klubunun xeyrinədir. Bu komandalar arasında Bakıdakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.