00:26 10.08.2022 1157

"Hər oyunda belə qələbələr olmur" - Qurban Qurbanov

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununda Macarıstanda "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuta konfransında qələbəni şərh edib:

"Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Hesab bizi aldada bilər. Asan qələbə olmadı. Çox yaxşı komandaya qarşı oynadıq. Onların da qol imkanları oldu. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımı isə qucaqlayıram. 

Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Hər oyunda belə qələbələr olmur. Çünki klubların səviyyələri fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq".

50 yaşlı mütəxəssis pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri ev oyununun Bakı Olimpiya Stadionuna salınmasının mümkünlüyünə də toxunub: "Öz oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda oynamışıq. Bu məsələni Bakıda müzakirə edərik. İndi nəsə demək çox çətindir".

O, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörmətinin olduğunu söyləyib: "Çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyini deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik".

Qurbanovun sözlərinə görə, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: "Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi".

Qeyd edək ki, "Qarabağ" “Viktoriya”ya qarşı ilk oyununu 18 avqustda evdə, cavab görüşünü isə 25 avqustda səfərdə keçirəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 Aprel 2024
16:04

"Borussiya" rəhbərliyi Hummelslə bağlı qərarını qətiləşdirdi

16:02

"Beşiktaş" Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı

15:43

"Liverpul"la fəxr edirəm" - Pep Qvardiola

15:19

Olmo İspaniya nəhənginə keçməyə yaxındır - Danışıqlar başladı

14:53

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatı start götürdü

14:26

"Dünyaya gələcək qızımın ölümünü arzuladıqlarını yazırlar" - Joau Kanselu

14:03

"Neftçi" "Zirə"yə qarşı onlarsız mübarizə aparacaq

13:35

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:19

"Barselona" Xavini ispanla əvəzləyir 

12:59

Salah qərarını qətiləşdirdi - Onu 233 milyon avroya istəyirlər

12:32

Kişi şahmatçılar arasında Azərbaycan Çempionatı: Yarımfinalçılar bəlli oldu

12:17

"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı

12:00

Kadi Borges "Qarabağ"a qayıdır? - AÇIQLAMA

11:39

"Real Madrid" Naçonun yerinə 18 yaşlı istedadı transfer edir - SON DURUM

11:14

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

10:45

MPL: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edir - YENİLƏNİR

10:08

"Mehdiabad" 1/8 finala yüksəldi

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

19 Aprel 2024
19:30

Ayxan Abbasov "Sumqayıt"a darmadağını şərh etdi

19:10

"Uduzsaydıq, Allah bilir nələr olacaqdı" - Samir Abasov

19:01

Ançelotti Arda Gülerə vəziyyətdən çıxış yolunu göstərdi

18:27

MPL: "Sumqayıt" "Turan Tovuz"u darmadağın etdi 

17:53

"Qarşıdakı altı oyunda azarkeşlərimiz bizə çox lazımdırlar" - Vircil van Deyk 

17:31

Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X