Misli Premyer Liqasında II turun oyunları başa çatdı.
Üç gün ərzində keçirilən görüşlərdə sürpriz nəticə qeydə alınmadı desək, mübaliğəyə yol vermiş olmarıq. Müəyyən mənada “Səbail”in evdə “Turan Tovuz”a, “Zirə”nin Mərdəkanda “Sabah”a uduzması təəccüblü qarşılana bilər. Amma tovuzlular hələ ötən tur “Qəbələ”yə qarşı yaxşı oynamışdılar. Ayxan Abbasovun yaxşı komanda formalaşdırdırdığı göz önündədi.
“Sabah” isə bu mövsüm çempionluğa iddialıdı. Bu mənada onların “Zirə”ylə görüşdə qələbəyə oynayacağı gözlənilən idi. Ümumi götürsək, artıq 2-ci turdan etibarən turnir cədvəlində qütbləşmənin başladığını görmək mümkündü. Hansı komandaların medallar uğrunda oynayacağı, kimlərin “zirzəmi”də var-gəl edəcəyi indidən hiss olunur. Hələ irəlidə uzun mövsüm olsa belə...
“Zirə” - “Sabah” 1:3
Qollar: Sertan Taşkın, 34 - Abdulaye Ba, 5, Coy Lens Mikels, 26, Namik Ələskərov, 48.
“Zirə”: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 47. Mohamed Hamdaui, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 38. Ramiz Muradov, 9. Loris Broqno
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaibulaev, 5. İdris İnqilablı, 8. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
Sertan Taşkının 34-cü dəqiqədə “Sabah”ın qapısına vurduğu qol “Zirə” üçün zəif təsəllidən başqa bir şeyə yaramadı. Çünki həmin dəqiqəyə qədər qonaq komanda artıq iki dəfə Mehdi Cənnətovu topu tordan çıxarmağa məcbur etmişdi. İnsafən, “Sabah” nominal meydan sahiblərini təkcə hesabda deyil, oyunda da üstələyirdi. Taşkının qolundan sonra “Zirə”nin toparlanacağını, ikinci hissədə bərabərlik uğrunda mübarizə aparacağını düşündük. Kim bilir, bərabərlik qolu gəlsəydi nəticə fərqli ola bilərdi. Amma Namiq Ələskərov bütün bu ümidləri puç etdi. “Bursaspor”dan dönən Namiq fərdi ustalığını da işə salaraq “Zirə”nin qapısına gözəl qol vurdu. Bu qoldan sonra nəticənin dəyişəcəyinə ümidlər də azaldı.
Məğlubiyyət “Zirə” üçün həyəcan siqnalı sayılmalıdı. Komandanın oyunundakı problemlər hələ “Kəpəz”lə oyunda özünü göstərmişdi, qəsəbə təmsilçisi autsayder üzərində çətinliklə qələbə qazanmışdı. Halbuki, komandanın potensialı daha artığına imkan verir. Gələr tur zirəlilər Mərdəkanda “Sumqayıt”ı qəbul edəcək. Böhranın dərinləşməməsi üçün bu oyunda qələbə vacibdi. 3 xallı “Zirə” hazırda beşinci sırada qarşılaşıb. “Sabah” isə yüz faizlik nəticə ilə turnir cədvəlinin lideridi. Murad Musayevin komandası bu şərəfə topların daha yaxşı fərqinə görə layiq görülüb.
“Sumqayıt” – “Qarabağ” 0:2
Qollar: Musa Qurbanlı, 90+4, Filip Ozobiç, 90+6
“Sumqayıt”: 13. Aydın Bayramov, 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 3. Vurğun Hüseynov, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 37. Alya Ture
Baş məşqçi: Aleksey Baqa
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 11. Kvabena Ovusu, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 8. Marko Yankoviç, 20. Kadi Borqes
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”la görüşlər həmişə “Qarabağ” üçün çətin keçib. Bu dəfə də elə oldu. “Köhlən atlar”ın çətin qələbə qazanmasında ağır qrafik səbəbindən gələn yorğunluğun, məcburi rotasiyaların da rolu oldu. Çətin Budapeşt səfərindən dönüb, “Viktoriya” ilə oyunu fikirləşən futbolçuları Azərbaycan çempionatına kökləmək heç də asan iş deyil. Düzdü, “Qarabağ” 90 dəqiqə ərzində iki dəfə “Sumqayıt”ın qapı torunu silkələmişdi. Amma hakimlər hər iki halda VAR-ın köməyi ilə qayda pozuntusu qeydə alıb, qolları hesaba almamışdı. Oyun ərzində fasilələrin çoxluğu əsas vaxta 10 dəqiqə əlavə olunmasıyla nəticələndi ki, həmin dəqiqələr də həlledici oldu. “Səbail”lə oyunda olduğu kimi, bu dəfə də Musa Qurbanlı qol vurmaqla həm atasını, həm də azarkeşləri sevindirdi. Gənc hücumçunun aktivində iki turdan sonra iki qol var. Gedişat bu sayın artacağından xəbər verir. Ozobiçin əlavə olunmuş 6-cı dəqiqədə vurduğu qol isə yekun nəticəni müəyyənləşdirmək baxımından əhəmiyyətli oldu.
“Qarabağ”ın “Turan Tovuz”la oyunu təxirə salındi. Bu isə o deməkdi ki, hazırda 6 xalı olan və liderlər qrupunda yer alan komanda bir müddət “Sabah”la “Neftçi”ni özündən irəli buraxmalı olacaq. “Sumqayıt”ın isə çətin günləri bitməyib. Keçirdiyi hər iki oyunda məğlub olan “Gənclik şəhəri” təmsilçisinə legionerlərin gəlişi də kömək etməyib.
“Səbail” – “Turan Tovuz” 0:1
Qol: Natan Oduva, 48
“Səbail”: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Səbail” də ötən mövsümdəkindən fərqlənmir. Baxmayaraq ki, komandanın yeni baş məşqçisi yaxşı futbol bilicisi sayılan, futbolçu kimi karyerası uğurlarla zəngin Mahmud Qurbanovdu. Özü də Bayıl təmsilçisi yayda heyətinə yeni legionerlər cəlb edib, “yararsız”lardan qurtulub. Amma bütün bu dəyişikliklər hələki nəticələrdə öz əksini tapmır. Komanda doğma meydandakı ilk oyundaca çempionatın debütantı “Turan Tovuz”a məğlub oldu. Qərb təmsilçisini Oduva fərdi keyfiyyətləri sayəsində sevindirdi. Gedişat onu göstərir ki, mövsüm “Səbail” üçün heç də asan keçməyəcək.
“Turan Tovuz” isə azı iki həftə bu qələbənin sevincini yaşayacaq. Komandanın 3-cü turda “Qarabağ”la görüşü təxirə salınıb. Deməli, onların qanını “Sumqayıt”la oyuna qədər heç kim qaralda bilməz. Ayxan Abbasov isə Riad Rəfiyevin qanını qaraltmaq üçün yaxşı imkan qazanıb.
“Qəbələ” – “Şamaxı” 3:1
Qollar: Rövlan Muradov, 8. Murad Musayev, 10. Felipe Santos, 20 - Amil Yunanov, 56
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Şamaxı”: 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağlyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli
“Qəbələ”nin işləri qaydasındadı. “Qırmızı-qaralar” həm Tovuzda, həm də doğma meydanda səviyyə fərqini ortaya qoymağı bacarıblar. Elmar Baxşıyevin yetirmələri “Şamaxı”nın işini 20 dəqiqə ərzində bitirdi. Rövlan Muradov əvvəlcə özü qol vurdu, iki dəqiqə sonra isə Murad Musayevə bu şəraiti yaratdı. Görüşün ən yaxşılarından olan Felipe Santos isə 20-ci dəqiqədə Rəşad Əzizlinin kobud səhvindən əla yararlandı. Amil Yunanovun 56-cı dəqiqədə vurduğu qol isə zəif təsəllidən başqa heç nəyə yaramadı.
İki oyunda iki qələbə qazanan “Qəbələ” liderlər qrupunda özünü xeyli rahat hiss edir. Komanda əsas oyunçularını qorumağı bacarıb. Legionerləri də həm ucuz, həm də keyfiyyətlidi. Deməli, ötən mövsüm olduğu kimi, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq olar. “Şamaxı” isə bu gedişlə öz azarkeşlərini çox üzməyə məhkumdu.
“Neftçi” – “Kəpəz” 5:2
Qollar: Solomon Kverkveliya,11. Qudsvey Donyo, 12. Kenni Sayef, 14. Eddi İsrafilov, 51. Yeqor Boqomolski, 81 - Abdullahi Şuaybu, 57. Nicat Süleymanov, 90+3
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 2. Mert Çelik, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qudsvey Donyo, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 82. Rüfət Abbasov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
“Kəpəz”: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Yaşar Vahabzadə.
“Rapid”lə oyundakı uğursuzluğu unutdurmaq üçün “Kəpəz” ən münasib rəqiblərdən biri idi. Düzdü, oyunun afişası gurultulu səslənir, gözə xoş görünürdü. Amma bilənlər yaxşı bilir ki, “Kəpəz”in quruca adından başqa heç nəyi qalmayıb. Gəncədən didərgin salınan komandanın heyəti rəqabətə davam gətirməyə də yetərli deyil. Elə bunun nəticəsidi ki, “Neftçi” artıq 11-ci dəqiqədə “qol pərdəsi”ni açıb, 3 dəqiqəyə “Kəpəz”i üç dəfə meydanın mərkəzinə dəvət etdi. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu oyunda qapılara ümumilikdə 7 qol vuruldu ki, bunların da ikisinin meydan sahiblərinin qapısına vurulması maraqlı məqamdı.
3-cü turda “Neftçi”ni Masazıra səfər gözləyir. Məhz həmin görüşdə “ağ-qaralar”ın əsl gücü ortaya çıxacaq. Bu qarşılaşma həm də “Sabah”ın iddialarının nə qədər əsaslı olduğunu göstərəcək.
Amal Abuşov