Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, ötən gecə Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə 0:0 hesablı heç-heçə edən “Qarabağ” Azərbaycanın hesabına növbəti xalları (0,125) yazdırıb.
Bununla cari mövsümün qazancı 2,000-a yüksəlib. Son beş mövsümün nəticələrinə görə hesablanan əmsalımız 14,625-dir. Azərbaycan Avropada 29-cu pillədə qalıb. 28-ci olan Polşa ilə ölkəmizin fərqi 1,250-yə düşüb. 30-cu yerdə qərarlaşan Qazaxıstanın isə avrokuboklarda təmsilçisi qalmadığı üçün Azərbaycan onlar üçün əlçatmazdır.
Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, "Viktoriya" və "Qarabağ" arasında oynanılacaq cavab matçı avqustun 23-də Plzendəki "Dusan Arena"da keçiriləcək.