Ötən gün "Qarabağ"ın "Viktoriya" (Plzen, Çexiya) ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa qanunsuz bilet satan daha 22 nəfər saxlanılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev status paylaşıb.
"UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.
Keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.
Həmin şəxslərin biri biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokollar tərtib olunub".