"Çukariçki"nin hücumçusu Almir Aqanspahiç karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, "Sumqayıt" komandasında icarə əsasında çıxış edəcək.
Məlumatı "Çukariçki"nin rəsmi saytı yayıb. Onunla bir illik müqavilə imzalanıb. Ancaq Serbiya təmsilçisi qış transfer pəncərəsində hücumçusunu geri qaytarmaq hüququna sahib olacaq.
Aqanspahiçə Serbiyanın Super Liqasının bir neçə klubu maraq göstərsə də, ən konkret və israrlısı “Sumqayıt”dı.
Yeri gəlmişkən, "Çukariçki" ötən mövsüm Konfrans Liqasında "Sumqayıt"la qarşılaşıb.
Aqanspahiç ötən mövsümün ikinci hissəsinin əvvəlində “Novi Pazar”dan “Çukariçka”ya gəlib. O, sözügedən koşandada 14 oyun keçirib. Sarayevolu forvard əvvəllər “Olimpik”, “Sarayevo”, “Osijek”, “Raufoş”, “Mladost Kakanj”, “Krupa” və “Çelik” klublarında çıxış edib.
Mirağa