22:27 20.08.2022 869

"Sabah" "Neftçi"ni məğlub etdi - YENİLƏNDİ

Bu gün futbol üzrə Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, günün yeganə qarşılaşması "Bank Respublika Arena"da baş tutub. Mərkəzi görüşdə "Sabah" "Neftçi"ni sınağa çəkib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı. Oyunda ilk qolu "Neftçi" vursa da, ikinci hissədə iki penalti qazanan "Sabah" dəqiq zərbələr sayəsində qalib gəlib.

Gərgin keçən matçda insident də baş verib. Mübarizə zamanı meydan sahiblərinin futbolçusu Aleksey İsayev qonaqların yarımmüdafiəçisi Kenni Sayefə qarşı kobudluqdan sonra onu itələyib.

Ardınca isə cərimə zərbəsi zamanı "Sabah"dan Abdulaye Ba ilə "Neftçi"dən Voislav Stankoviç arasında gərginlik baş verib. Matçın baş hakimi Fərid Hacıyev hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, turun açılış matçında "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib. Avqustun 21-də "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb.

Misli Premyer Liqası

III tur

20 avqust

"Sabah" – "Neftçi" 2:1

Qollar: Aleksey İsayev, 78-pen., Emmanuel Apeh, 90+1Yusuf Laval, 45+2

“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba
11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 2. Mert Çelik, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurensio Regekampf 

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Bank Respublika Arena".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X