23:01 21.08.2022 684

Rəşad Sadıqov "Zirə"dən qovduğu futbolçulardan nə danışdı?

"Zirə"nin baş məşqçıisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının III tur matçını - "Sumqayıt" ilə qolsuz heç-heçə etdikləri görüşü dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 40 yaşlı çalışdırıcı "CBC Sport"a danışıb:

"Qol imkanlarımız olsa da, yararlana bilmədik. Komandanın oyunu düzələndən sonra nəticə gələcək".

Sadıqov heyətdən kənarlaşdırılaraq transferə çıxarılan Təmkin Xəlilzadə və İlkin Muradov haqqında ünvanlanan sualı da cavablandırıb: "Hamı bilir ki, bu futbolçulara çox dəstək olmuşam. Detallara varmaq istəmirəm. Bu oyunçulara qayğı göstərmişəm. Müəyyən səbəblər var ki, belə qərarlar qəbul etdik. Hər ikisi yaxşı futbolçudur. Onlara gələcək karyeralarında uğurlar arzulayıram".

Baş məşqçi kollektivdə qarşıdurmanın olmadığını söyləyib: "Biz ailə kimiyik. Hamısına böyük qardaş olmuşam. Xüsusilə də yerlilərə qayğı göstəmişəm. Bunun da qarşılığında müəyyən şeylər gözləyirəm. Onu almayanda məyus olursan. Yol göstərirsən, söhbət edirsən. Tələblərinə uyğun gəlmirsə və bu, uzun müddət davam edirsə, qərar qəbul etməlisən. Hazırda sol cinah müdafiəçisi axtarırıq. Əlimizdə yalnız Slavik Alxasov var. Transfer etmək də çətindir".
 
Mütəxəssis rəqibin müdafiədən çıxış etməsinə də münasibət bildirib: "Onlardan belə oyun gözləmirdim. Çünki yaxşı futbolçuları var. "Qarabağ"a qarşı yaxşı mübarizə aparmışdılar. Meydanda dominant idik, amma bunu nəticəyə çevirə bilmədik".
 
Sadıqov VAR-la bağlı narazılığını da dilə gətirib. O, VAR-a görə oyunun 6 dəqiqə dayandırılmasına qarşı çıxıb: “Ötən il deyirdim və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi. Baş hakimə həmin epizoddan əvvəlki an göstərilmədi. Axı buna elm lazım deyil. VAR-a görə altı dəqiqə dayanmaq olar? 80-cı dəqiqədir və matçın sonlarıdır. 6 dəqiqə fasilə verirsən, rəqib istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqyaıt" əks-hücuma çıxdı. Nəsə, qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir.

Baş hakim Rəvan Hamzadadə dedi ki, futbolçuya toxunuşu görmüşəm. Amma VAR hakimi dedi ki, get özün bax. Yaxşı olardı ki, VAR-a daha təcrübəliləri qoyulsun. Çünki onlar həlledici rol oynayırlar. Qarşılaşmanın bu qədər dayanmasına səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
18:25

MPL: "Zirə" - "Sabah" oyununda 2-ci qol, "Turan Tovuz" "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı yenir - YENİLƏNİR

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X