"ASCO Arena"da quraşdırılmış süni ot örtüyü FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Qeyd edək ki, daha əvvəl Şamaxı şəhər stadionu da eyni sertifikatı alıb.