Bu yay "Səbail"dən ayrılan futbolçu Domantias Şimkusun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Sloveniya "Mura"sında davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Litva millisinin üzvü ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şimkus 2021/2022 mövsümündə "Səbail"də oynayıb. O, yeni müqavilə təklifi almadığı üçün may ayında paytaxt təmsilçisindən ayrılıb.