Tovuz şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FIFA-nın “Quality Pro” sertifikatını alıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə şərait yaradır.
Qeyd edək ki, daha əvvəl Şamaxı şəhər stadionu və "ASCO Arena" da eyni sertifikatı alıb.