"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə komandanın düşərgəsində baxışda olan iki futbolçudan biri ilə bağlı qərar verib.
Bu barədə Fanat.Az-a açıqlamasında Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
Belə ki, avqustun əvvəlindən sınanan Tunisin U-23 millisinin sabiq üzvü Məhəmməd Amin Miskini bəyənilməyərək geri göndərilib.
"Amkar"ın yetirməsi olan Rinat Hüseynovla bağlı yekun qərarın isə gələn həftə veriləcəyi gözlənilir.
Qeyd edək ki, U-21 millimizin sabiq üzvü Hüseynov avqustun ortasında "Kəpəz"ə qoşulub.
Bu arada, "sarı-göylər" dünəndən 4-cü turda qarşılaşacağı "Səbail" ilə oyunun hazırlıqlarına başlayıb. Sözügedən oyun avqustun 27-də Bakıda olacaq.
Mirağa