13:42 25.08.2022 343

Gəncədə veteran futbolçular acı aqibətlə üzləşiblər

Gəncə şəhəri Zülfü Hacıyev küçəsində məşhur məşqçi Konstantin Maksimoviç Abramenkonun adını daşıyan “Lokomotiv” stadionunun ərazisində tikilən meydançadakı acınacaqlı vəziyyət və məşqçilərin çıxılmaz duruma düşmələri barədə Rupor.az saytına şikayət daxil olub. 

Saytın Gəncə bürosuna müsahibə verən futbol veteranları klubunun sədr müavini Firuz Qulami meydançanın bu il AFFA tərəfindən tikildiyini bildirib. 

Onun sözlərinə görə, açılış mərasimində icra başçısı bu meydançanı Tofiq Məmmədovun sədri olduğu “Kəpəz” futbol klubunun veteranlarına təqdim edib. İcra başçısı yeni tikilən meydançanın Kəpəz bələdiyyəsinin balansına veriləcəyini desə də, hələ  bu günə qədər heç bir sənədləşmə işi aparılmayıb. Hazırda meydança heç bir qrumun balansına aid deyil. 

Bununla yanaşı, planda iki sanitar qovşaq, iki soyunub – geyinmə otağı, iki duş otağı nəzərə alınsa da tenderdə qalib gələn şirkət stadionun inşası zamanı bu şərtlərin heç birinə əməl etməyib. Futbolçilar paltarlarını açıq havada dəyişirlər, məşqdən sonra yuyunmurlar, olmayan sanitar qovşağından yararlana bilmirlər. Təhvil verilən tikintinin hasarı isə artıq sökülmək üzrədir. Bu da veteran futbolçuların ciddi etirazına səbəb olub. Onlar müxtəlif yaş qrupları üzrə yeniyetmə futbolçulara məşqlər keçirlər və 100-dən çox idmançı acınacaqlı aqibət yaşamaqdadırlar.  

F.Qulami onu da vurğulayıb ki, məşqçilərə əmək haqqı da verilmir və onlar ilk gündən maaşsız fəaliyyət göstərirlər. Yaşadıqları problemlərlə bağlı AFFA-ya və Gəncə Şəhər İcra Hakimiyyətinə müraciətlər ünvanlasalar da onlara dəqiq cavab verilməyib. Onlara cəmi bir dəfə idman geyimləri və toplar alınıb. 

Əməkdaşımız AFFA-nın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxlayıb. F.Abdulla bildirib ki. bir müddət öncə həmin stadionda örtüyün dəyişdirilməsi ilə bağlı AFFA-ya Gəncədən müraciət daxi olub: "Orada heç vaxt süni örtük olmayıb, məşqlər ya torpaqda, ya da asfalt üzərində aparılıb. AFFA-nın sünü örtüklü meydançalar layihəsi var, indiyə qədər həm Bakıda həm də müxtəlif bölgələrdə təmənnasız olarq 150-dən artıq belə meydançalar tikilərək istifadəyə verilib. Həmin layihənin tərkibində paltardəyişmə otağı, duş kabinələri, sanitar qovaşqlar nəzərdə tutulmur. Sözügedən ərazi AFFA-nın balansında deyil. Biz yaknız uaşqlarn daha rahat məşq etməsi üçün üzərimizə düşən işi görmüşük - süni örtüklü meydança inşa etmişik". 

Mətbuat katibinin nəzərinə meydançanın planında iki sanitar qovşaq, iki soyunub – geyinmə otağı, iki duş otağının müəyyən kavadrat metr göstəricilərlə qeyd olunduğunu çatdırdıqda və həmin fotonu AFFA-nın rəsmi e-mail ünvanına göndərdiyimizi söylədikdə cavab belə oldu: "O fotonu görməmişəm, bəlkədə kimsə arzusunda olduğu planı hazırlayıb. Bu sualınıza daha dəqiq cavab vermək üçün həmin məlumatı infrastruktura cavabdeh olan şöbəyə yönləndirəcəm və sizə dəqiq bilgi veriləcək". 

Gəncə İcra Hakimiyyətindən isə bildirdilər ki, qurumun rəsmi e-mail ünvanına göndərdiyimiz sorğuda əksini tapan məlumatlar araşdırılır və saytımıza bu barədə rəsmi cavab veriləcək.  

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
22:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X