Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi və Avropa klub futbolu mövsümünün başlanması ilə bağlı tədbir keçiriləcək.
Fanat.Az xəbər verir ki, tədbirdə AFFA rəhbərliyi də iştirak edəcək.
Belə ki, UEFA-nın dəvəti əsasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev də bu tədbirlərə qatılacaqlar.
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.