UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olub.
Ağdam klubu G qrupunda yer alıb. Təmsilçimiz "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) ilə mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin qalibləri 1/8 finala adlayacaq. 2-ci yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Bu komandalar Çempionlar Liqasında qrup üçüncüsü olanlarla görüşəcək.
Qrup üçüncüləri isə Konfrans Liqasının pley-offuna yollanacaq. Onları bu turnirin ikinciləri ilə sınaq gözləyir.
Avropa Liqasının qrupundakı oyun günləri də dəqiqləşib. Turnirin əsas raundu sentyabrın 8-də başlayacaq.
I tur – 8 sentyabr
II tur – 15 sentyabr
III tur – 6 oktyabr
IV tur – 13 oktyabr
V tur – 27 oktyabr
VI tur – 3 noyabr
Avropa Liqasında növbəti püşkatma noyabrın 7-də olacaq. Həmin gün pley-off cütləri dəqiqləşəcək.