"Şarlerua”nın futbolçusu Benjamin Karamoko “Qarabağ”ın hücumçusu İbrahima Vadjinin “Sent-Etyenn”ə transferini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Norveçin "Höuqesunn" klubunda İbrahimanın komanda yoldaşı olmuş müdafiəçi belə danışıb:
“2018-ci ildə “Heqesunn”a gələndə əvvəlcə sağ cinahda oynadı. Ancaq baş məşqçi onu sonradan mərkəz hücumçusu mövqeyinə "çəkdi". 12 matçda 8 qol vurdu. 4-4-2 sxemində o, İbrahima Kone ilə öndə oynadı. İkisi birlikdə çox yaxşı işlər gördülər. İbrahima bu mövqedə top-hücumçu kimi çıxış etdi”.
Fil Dişi Sahilidən 27 yaşlı oyunçu Vadji ilə “Sent-Etyenn”ə transferi müzakirə etdiklərini də bildirib. 2015-2018-ci illərdə Fransa klubunun formasını geyinən Karamoko dostunun da orada oynamaqda maraqlı olduğunu vurğulayıb: “İbrahima taktiki və texniki cəhətdən “Höuqesunn”da pis deyildi, ötən yay da “Qarabağ”da inkişaf edib. Onunla dost olduğum üçün hərdən “Qarabağ”ın oyunlarına baxıram. Texniki cəhətdən son nöqtəni qoymaqda artırıb. Vadjinin çox güclü sağ ayağı var. Düşünürəm ki, o, “Sent-Etyenn”ə kömək edəcək biridir. İki həftə əvvəl “Sent-Etyenn”lə bağlı məsləhət almaq üçün mənə zəng etdi. Yəqin ki, bu klubun liderləri ilə də müzakirə edib. Mənə dedi ki, Fransada heç vaxt oynamadığı üçün şansını orada sınamaq istəyir. Loik Perrin və Loren Batllz ilə yaxşı münasibətləri var idi. Məncə, bu səbəbdən “Sent-Etyenn”ə gedir”.
Benjamin Karamokonun fikrincə, “Sent-Etyenn”in Fransanın Liqa2-də uğursuz çıxışı da “Qarabağ”ın seneqallı forvardını fikrindən daşındırmır: “Klubdakı mövcud vəziyyətə baxmayaraq, Vadji ilə danışanda çox tərəddüd etdiyini hiss etmədim. Komandanın Liqa2-də sonuncu yerdə olması onu incidir. 0:6 hesablı məğlubiyyətdən sonra hələ də ora getmək istəyib-istəmədiyini soruşdum. Mənə dedi ki, bu səviyyədə böyük klub belə görmək onu narahat edir. Amma bu, onu ora getməkdən çəkindirmədi. Düşünürəm ki, İbrahima “Sent-Etyenn”in düz yola çıxmasına kömək edəcək”.