"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji Fransanın "Sent-Etyen" klubuna transfer olunub.
Fanat.Az xəbər verir ki, məlumatı Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsi yayıb.
Klub İbrahima Vadjiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən yay transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.