Birinci divizionda çıxış edən "Mingəçevir"in kluba sponsor cəlb etmək cəhdi baş tutmayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, əvvəl buna söz verən şəxslər sonradan yaxasını geri çəkib.
Halbuki, AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev bir neçə gün əvvəl bu barədə saytımıza açıqlamasında belə demişdi: "Mingəçevir" klubunun sponsoru ilə bağlı danışıqlar sona çatmaqdadır. Artıq yaxın günlərdə müqavilə imzalanacaq".
Söhbət Mingəçevir şəhərində yeni fəaliyyətə başlayan "Anadolu" klinikasından gedir. Türk iş adamının rəhbərlik etdiyi səhiyyə ocağı sponsorluqda maraqlı olsa da, sonradan maddi sıxıntılarının yarandığını deyərək müqavilə bağlamaq istəməyib.
Mirağa