“Qarabağ”dan Fransanın 2-ci liqa təmsilçisi “Sent-Etyen”ə keçən İbrahima Vadji yeni klubunda ilk açıqlamasını verib.
Fanat.Az-ın məlumatına görə, seneqallı futbolçu bu ölkəyə qayıtdığı üçün sevincli olduğunu bildirib:
"Fransaya qayıtdığıma, xüsusən “Sent-Etyen” kimi kluba qoşulduğuma görə şadam. Ümumi məqsədimizə nail olmaq üçün əlimdən gələni edəcəyəm. Mən artıq özümü yaxşı hiss edirəm və “Sent-Etyen”in formasını geyinməyə hazıram”.
Qeyd edək ki, Vadji “Sent-Etyen”lə 3 illik müqavilə imzalayıb.